Bütün şübhəliləri yoxlayın, Belarusda rus “dezertir”ləri var...

22 Sentyabr 2022 18:08 (UTC+04:00)

Dedim axı, belə olmaz... Budur, Belarus təhlükəsizlik qüvvələri qismən səfərbərlikdən bu ölkədə gizlənməyə çalışan rusların izinə düşüb onları izləməyə başlayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Naşa Niva” nəşri məlumat yayıb.

...İndiyədək şifahi sifarişlər səviyyəsində “mənzillərin bir günlük monitorinqi”, ev sahibləri ilə əlaqə saxlanılması tapşırılıb. Həyətlərdə rus nömrələri olan yeni maşınların izlənməsi tapşırılıb. Onlar haqqında məlumat toplanılır, sənədləri yoxlanılır. Yəni ən cox slavyan görkəmli bütün şübhəlilər saxlanılır.

Qeyd edim ki, bunu rəhbərlikdən tapşırıq kimi alan belarus əməliyyatçılardan biri bildirib.

Beləliklə, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin qismən səfərbərliyin başlanması ilə bağlı bəyanatla ruslara müraciət edib. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, 300 min ehtiyatda olan hərbçi hərbi xidmətə çağırılır ki, bu da Rusiyanın ümumi səfərbərlik resursunun təxminən 1 faizini təşkil edir.

...Amma belə görünür ki,..belə getsə Şoyqunun o bir faizi də alınmayacaq. Niyə, çünki hazırda Rusiyada “dezertir”lik baş alıb gedir. Yəni əksər rus gəncləri “matuşka Rossiya” üçün “döyüşüb ölmək” istəmirlər.

Yeri gəlmişkən, bu arada rusların erməni təbliğatçısı Marqarita Simonyan Müdafiə Nazirliyinə istinadən bildirib ki, üç əsas bəndin altına düşən vətəndaşlar qismən səfərbərliyə məruz qalırlar. Belə ki, orduda xidmət etmiş, hazırda ehtiyac duyulan hərbi qeydiyyat ixtisası olan, eləcə də döyüş təcrübəsi olanları səfərbər etməyi planlaşdırırlar.

...Kremlin sözçüsü Dmitri Peskov isə öz növbəsində bildirib ki, hökumət hazırda sənəd hazırlayır, ona əsasən ruslardan hansının qismən səfərbərlikdən möhlət alacağı müəyyənləşəcək.

Ağasəf Babayev