Bakı aeroportunda kran aşıb

22 Sentyabr 2022 17:48 (UTC+04:00)

Heydər Əliyev Beynəlxalq Hava Limanında kranın aşması faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.

Baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: "Bir nəfər isə qarının küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb".