Aksiya çərçivəsində bu gün MEK tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə profil üzrə 349 sayda dəyərli nəşrlər hədiyyə edilib.
Hədiyyə olunan kitablar Azərbaycan mədəniyyət, musiqi xəzinəsinin qiymətli inciləridir. Bu əsərlər milli mədəniyyətin tədrisi, təbliği və bu sahədə elmi-tədqiqatların aparılmasını təmin edilməsində qiymətli mənbədir.
Xatırladaq ki, MEK kitab bağışlama aksiyasına yeni tədris ilinin başlanması ərəfəsində start verib. Aksiya 15 Sentyabr – Bilik Günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə həyata keçirilir.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 (daxili 14-14)