"Ermənilər ağılsız davranırlar, onlar düşünmürlər ki, onlara fətva verənlər nə istəyir" POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

22 Sentyabr 2022 16:36 (UTC+04:00)

"Ermənilər Azərbaycanın sülh gündəliyi ilə barışmırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, ermənilərə elə gəlir ki, hələ də Qarabağda yaşayan bir yığın erməni üçün status qazana bilərlər: "Digər tərəfdən ermənilər öz istəklərini reallaşdıra biləcəklərinə inanırlar. Birincisi, Ermənistan gərək Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çünki bu, artıq son müharibələrin nəticələrindən biri idi. Ermənistan məğlub ölkədir və sözü heç vaxt keçərli deyil. Burada ancaq Azərbaycanın sözü yetərlidir. Azərbaycan Ermənistana sülh vəd edir. Ermənistan müharibəni uduzub, amma sülhü hələ də qazana bilər. Ona görə kənar qüvvələr Ermənistana dəstək verir. ABŞ Ermənistana silah-sursat verməyi vəd edir. Ona görə Ermənistan KTMT- çıxmağa tələsir. Bu şərt kimi ermənilərin qarşısına qoyulub. Lakin məsələnin həlli bu deyil. ABŞ uzaqda yerləşir. Burada yerləşən sərhəd ölkələri olan Azərbaycan və Türkiyə ilə münasibətləri qurmalıdır. Onlara ABŞ yox, bölgədəki dövlətlər köməklik göstərə bilərlər. Gərək onlar ərazi iddialarından əl çəksinlər. Çünki onların nə tarixi, nə də hüquqi əsası var. Onsuz da onlar Azərbaycan ordusuna tab gətirə bilməzlər. Nensi Pelosinin Ermənistana gəlməsini özlərinin siyasi məqsədləri üçün istifadə etdilər. Təbii ki, heç bir qüvvə təmənnasız Ermənistana kömək etmirlər. Ermənilər lobbiçilik fəaliyyəti ilə məşğuldurlar. Ermənilər də ağılsız davranırlar, onlar düşünmürlər ki, onlara fətva verənlər nə istəyirlər".

Politoloq sözlərinə əlavə edərək bildirib ki, kənar qüvvələr Ermənistanın Azərbaycan və Türkiyə ilə qarşıdurmada olmasını istəyirlər: " Onlar vəd verirlər ki, Ermənistanı dirçəldəcəklər. Amma Ermənistanın dirçəlməsi yalnız erməni xalqından asılıdır. Ermənilər Amerika, Fransa, Belçika və Niderlanddakı ermənipərəst qüvvələrə aldanırlar. Çıxış yolu yalnız Azərbaycanla dil tapmaqdadır. Bütün proseslərin məğzi ondadır ki, xarici qüvvələr fətvalarını dayandırsınlar. Vasitəçilik rolunda Türkiyə və Rusiya iştirak edə bilər, lakin ABŞ regiona gəlməyi yalnız bizim üçün yeni problemlər yarada bilər".