Şahmat turnirinin ikinci yarış günü başlayıb - FOTOLAR

22 Sentyabr 2022 15:57 (UTC+04:00)

Şuşada ilk beynəlxalq şahmat turnirində ikinci yarış günü başlayıb. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2-ci turda kişilərin yarışında ilk gedişi AŞF rəhbəri, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov, qadınların mübarizəsində isə ilk gedişi Türkiyə Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Gülkız Tulay edib.

Bu gün rapid yarışında 4 tur oynanılacaq. İlk gedişdən sonra Azərbaycan Şahmat Federasiyası adından Gülkız Tulaya xatirə hədiyyəsi təqdim olunub.