“Issız adam” filmi ilə bağlı maraqlı fakt üzə çıxıb

22 Sentyabr 2022 15:44 (UTC+04:00)

Türk aktyor Cemal Hünal illər sonra “Issız adam” filmi ilə bağlı maraqlı faktı üzə çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi 2008-ci ildə təqdim olunan ekran işinin rejissoru Çağan Irmakla bir xatirəsindən söz açıb:

“Çağan Irmak filmin o uğurunu gözləmirdi. Dedi ki, inşallah 350 min nəfər izləyər, xərclərini ödəyərik. Mən də söylədim ki, 1,5 milyon adam baxacaq. Bu təxminimə elə güldü ki, stuldan yıxıldı. Film 4 milyon izlənmə gətirdi”.

Ayşən Vəli