"Ölkə kuboku yarışı və ilin yekunlarına dair hesabat olacaq" - FEDERASİYA RƏHBƏRİ

22 Sentyabr 2022 15:22 (UTC+04:00)

"2022-ci il 17-18 dekabr tarixlərində Qol Güləşi üzrə Ölkə Kuboku yarışı və ilin yekunlarına dair tədbir, hesabat konfransı keçiriləcək". SİA xəbər verir ki, bunu Azərbaycan Qol Güləşi Federasiyasının Prezidenti Cəsarət Əhmədov bildirib.

Federasiyanın prezidenti bildirib ki, Azərbaycan Qol Güləşi Federasiyası ölkənin ictimai həyatında, o cümlədən dövlət tədbirlərində hər zaman fəal iştirak edir: "Sentyabrın 18-də AQGF nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib. Tədbirdə federasiyanın 100-ə yaxın idmançısı və üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən Cəsarət Əhmədov bildirib ki, II Qarabağ savaşında federasiyanın 21 idmançısı iştirak edərək, göstərdikləri şücaətə görə medallarla təltif olunublar. Onlardan dördü şəhidlik zirvəsinə ucalıb".