“Rusiyada qismən səfərbərliyin elan edilməsi müharibəni daha da sərtləşdirəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Rusiyanın qismən səfərbərlik elan etməsi bir daha onu göstərir ki, Rusiya savaşla bağlı bitirici mövqeydə deyil: “Rusiya Ukrayna cəbhəsində istədiklərinə nail ola bilməyib. Müharibə başlayarkən qarşısına qoyduğu məqsədlərə çata bilməyib. Əksinə, Ukrayna müdafiə cəbhəsində xeyli uğurlar qazanıb. Xüsusilə Xarkov istiqamətində zəfərlər əldə edib. Eyni zamanda Ukraynaya qərb tərəfindən ciddi dəstəklər edilir. Belə olan halda Rusiyanın qismən səfərbərlik elan etməsi görünən idi. Hətta savaşın arealının daha da dərinləşməsi fonunda döyüşlərin şiddətlənməsini müşahidə edəcəyik. Həmçinin döyüşlər şiddətləndikcə qismən səfərbərlik tam səfərbərliyə də çevrilə bilər”.