Pauell FED-in faiz qərarı ilə bağlı açıqlama verib

22 Sentyabr 2022 02:30 (UTC+04:00)

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel FED-in siyasət faizini 75 bənd artırmasından sonra mətbuat konfransı keçirib. SİA xəbər verir ki, inflyasiyanın 2 faizlik hədəfin üzərində olduğunu dilə gətirən Pauell yüksək inflyasiyanın davam etdiyini və bunun böyük bir problem yaratdığını bildirib.

Pauell, "Gələcək aylarda inflyasiyanın 2 faizə doğru getməsini görmək istəyirik" dedi.

Fed-in inflyasiyanın 2 faizə endirilməsi mövzusunda qəti qərarlı olduğunu qeyd edən Pauell, "Fed inflyasiya 2 faizə enənə qədər mübarizəni davam etdirəcək" dedi.

Pauell, FED-in inflyasiyanın aşağı düşəcəyinə əmin olana qədər məhdudlaşdırıcı mövqeyini davam etdirəcəyini bildirib. İnflyasiyanın bir hissəsinin çox ciddi tədarük şoklarından qaynaqlandığını ifadə edən Pauell, "Qiymət sabitliyini təmin etməliyik, yoxsa daha sonra çox əziyyət çəkəcəyik. İnflyasiyanın azaldılması ağrılı olacaq" deyə, o bildirib. Pauell gələn il inflyasiyanın çox aşağı olacağını proqnozlaşdırıb.