Nyu-Yorkda Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin “Astana Prosesi” çərçivəsində görüşü keçirilib. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, “Türk Evi”ndə baş tutan görüşdə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edib.