Türkiyənin səhiyyə naziri Azərbaycana gəlir - SƏFƏRİN DETALLARI

22 Sentyabr 2022 01:03 (UTC+04:00)

Türkiyənin səhiyyə naziri Fahrettin Koca sentyabrın 22-23-də Azərbaycanda səfərdə olacaq. SİA xəbər verir ki, ilk gün o, Bakıda keçiriləcək Sağlamlıq-Biznes Forumunda iştirak edəcək və rəsmi görüşlər keçirəcək. İkinci gün o, Şuşa şəhərinə səfər edəcək.