Amerika iş başında...

22 Sentyabr 2022 01:05 (UTC+04:00)

UEFA Çempionlar Liqası və Avropa Liqası çempionları arasında Superkubok mübarizəsinə yeni nəfəs verməyə hazırlaşır. SİA xəbər verir ki, UEFA Çempionlar Liqası və Avropa Çempionları arasında keçirilən Superkubok üçün yeni əvəzedici axtarışdadır. İngiltərə mətbuatından "The Guardian"ın xəbərinə görə; UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası çempionlarının, eləcə də MLS çempionunun daxil olacağı mövsümöncəsi tədbiri nəzərdən keçirir. Xəbərdə bildirilirdi ki, bu yeni turnir artıq oynanılan Super Kubok yarışını əvəz edəcək.

ABŞ-da maliyyə gücünün futbola keçəcəyi təqdirdə futbolun inkişafının xeyli asanlaşacağını düşünən UEFA MLS çempionunu bu turnirə qatmaqda israrlıdır. Bir müddət əvvəl Paris Saint-Germainin prezidenti Nasser Al-Khelaifi verdiyi açıqlamada Avropa futbolunun ABŞ, Yaxın Şərq və Asiya kimi bazarlara açılmalı olduğunu söyləyib.