ABŞ hazırda Rusiya ilə müharibə aparmır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News” telekanalına müsahibəsində belə bir bəyanatla çıxış edib.
Belə ki, aparıcının “ABŞ həqiqətən Rusiya ilə müharibə edirmi?” sualına Kirbi “Xeyr, qətiyyən yox!” cavabını verib.
Bundan əvvəl NATO Ukrayna ərazisində Rusiya Federasiyası ilə müharibə aparmadıqlarına inandırırdı və Kiyevə silah tədarükü hərbi blokun münaqişədə birbaşa iştirakından danışmırdı.
Eyni zamanda, Alyans üzvlərindən birinə hücum olacağı təqdirdə hər şeyin dəyişə biləcəyini və Brüssellə Moskva arasındakı ziddiyyətlərin nəticəsinin Ukraynadakı vəziyyətin inkişafından asılı olacağını açıqlamışdı.
Yeri gəlmişkən, ABŞ Rusiyadakı səfərbərliyin miqyasını qiymətləndirib. Ağ Ev vurğulayıb ki, Rusiya Federasiyasında hərbi xidmətə çağırılacaq 300 min ehtiyatda olan hərbçi böyük rəqəmdir. Eyni zamanda, qismən səfərbərlik faktının özü də Ukraynada hərbi əməliyyatların aparılmasında çətinliklərin olduğunu təsdiqləyir.
Ağasəf Babayev