“Netflix” platformasının yutub kanalında “Sonic Prime” cizgi serialının rəsmi tizeri yayımlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, videoda “Sonic”in Kölgə ilə döyüşünün kadrları, eləcə də franşizanın əsas antaqonistlərindən biri olan Dr.Eqqman əks olunub.
Animasiya serialının premyerası 2022-ci ilin qışına planlaşdırılıb.