Köçəkli kəndində Şəhid-baş gizir İntiqam Abbasovun doğum günü qeyd olunub FOTOLAR

21 Sentyabr 2022 15:57 (UTC+04:00)

Masallı rayon Köçəkli kəndində Vətən Müharibəsi şəhidi, baş gizir Abbasov İntiqam Yavər oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və partiya fəalları Şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah rəhmət eləsin!

Rəfiqə