Təyyarə qəzaya uğradı - ÖLƏN VƏ YARALALANLAR VAR

21 Sentyabr 2022 14:06 (UTC+04:00)

Ekvadorun "Seeta" Hava Yollarına məxsus sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb və nəticədə bir nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Perunun "El Estrecho" hava limanına enən "Seeta" Hava Yollarına məxsus "Jetstream" 32 təyyarəsi uçuş-enmə zolağından çıxaraq meşəlik əraziyə enib. Burada torpaq sahəsindən ibarət təpəyə doğru qalxdığı görülən təyyarədə olan 2 pilot və 15 sərnişin yaralanıb. Xəstəxanaya aparılan sərnişinlərdən birinin dünyasını dəyişdiyi açıqlanıb.