"Ermənistanın xilası yalnız onların hərbi-siyasi rəhbərliyindən aslıdır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

21 Sentyabr 2022 11:25 (UTC+04:00)

“Ermənilərin cəbhədə növbəti təxribata hazırlaşması bəzi region dövlətlərinin, eyni zamanda ABŞ-ın Ermənistanın fəaliyyətinə haqq qazandırılması ilə əlaqədardır”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Hərbi ekspertin sözlərinə görə, istənilən halda bu təxribatların qarşısı daha əvvəl olduğu kimi qətiyyətlə alınacaq: “Bunun üçün ordumuz bütün gücündən, imkanından və potensialından istifadə edəcək. Buna da heç kimin şüphəsi olmasın. Ermənistanın xilası yalnız onların hərbi-siyasi rəhbərliyindən aslıdır. Mümkün əməliyyatlara gəlincə isə burada Azərbaycanın əməliyyatların bərpa olunmasında heç bir marağı yoxdur. Azərbaycan regionda sülhün bərqərar olması, ərazilərin yenidən qurulmasında maraqlıdır. Lakin təxribatlar davam edərsə eyni zamanda eyni tip xarakterli bəyanatlar səsləndirilərsə Azərbaycan bunlara adekvat cavab vermək məcburiyyətində qalacaq”.