16 yaşlı gənc sinəsindən bıçaqlanıb - PAYTAXTDA

21 Sentyabr 2022 06:16 (UTC+04:00)

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, mübahisə zəminində bıçaqlanan 2006-cı il təvəllüdlü Məmmədov Rəsul Rauf oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.