Sumqayıtda itkin düşən məktəbli tapıldı - YENİLƏNİB

21 Sentyabr 2022 02:02 (UTC+04:00)

Bu gün Sumqayıtda itkin düşən məktəbli Nihad Pənahov tapılıb. SİA xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.

***

22:36 - Sumqayıt 1 saylı orta məktəbin şagirdi Nihad Pənahlı itkin düşüb. SİA xəbər verir ki, yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Məktəblini görənlərdən polisə məlumat vermələri xahiş olunur.