Bayden namizədini açıqlayıb

21 Sentyabr 2022 00:09 (UTC+04:00)

ABŞ Prezidenti Cozef Bayden Rusiyadakı səfir postuna namizədini açıqlayıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir.

"Ermənistandakı diplomatik missiyanın rəhbəri Linn Treysinin Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyi irəli sürülüb", - Ağ Evdən bildirilib.