Azərbaycanda ailə həkimi institutu yaradılmalıdır.
SİA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib.
Sədr bildirib ki, “Ailə həkimi haqqında” qanun layihəsi hazırlanmalıdır: “Artıq TƏBİB-ə də yeni rəhbər təyin edilib. İTSDA rəhbərliyi və TƏBİB rəhbərliyi ilə görüşərək bu qanun layihəsinin hazırlanmasına başlanmalıdır. Beynəlxalq təcrübədə də bu var. İcbari tibbi sığorta tətbiq olunan müəssisələrinə getmək lazımdır. Artıq bir çox tibb müəssisələri də birləşib. Bu xəstəxanalara gedənlər arasında narazı olan insanlar da var. Biz gedib yerindəcə bununla bağlı araşdırma aparmalıyıq”.