“Torpaqlarımızın işğaldan azad edilməsi əslində mədəniyyətimizin qələbəsi idi. Azərbaycan dövləti qısa müddətdə böyük quruculuq işlərini həyata keçirir. Bu gün dünyada özünü mədəni ölkə adlandıran bəzi ölkələr qurucu mədəniyyətin yox barbarlığın yanındadır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mədəniyyət böyük məfhumdur: “Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin bir parçasıdır. Azərbaycan Şərqlə Qərbin qovuşduğu bir nöqtədə yerləşir. Bu gün birinci vitse-prezident Mehriban xanım Əliyeva çox önəmli işlərə imza atır. Mədəniyyət və iqtisadiyyat bir çox icra qurumlarının qanunvericilik orqanları tərəfindən birləşdirilməlidir. Azərbaycan xalçaçılıqla tanınır. Mədəniyyət millətlər, xalqlar arasında bir-birini tanımaq üçün əsas amildir. Buna gəlir kimi baxmamalıyıq. Çünki bunun xalq və ölkə üçün önəmli nəticələri var”.
Arzu Qurbanlı