...Nələr olmur?
Beləliklə, Böyük Britaniyada həbsxana məmuru Xloya Cons oğurluqda günahlandırılaraq dəmir barmaqlıqlar arxasına atılan məhkum Filip Kinqə aşiq olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, həmən ərəfədə Xloya Cons Liverpuldakı “HM Prison Altcourse” türməsində mühafizəçi işləyirmiş.
Beləliklə, onların yaxın münasibətləri başlayıb.
Maraqlıdır ki, bir müddət keçmiş həbsxanadan qaçan Kinqə Xloya Cons evində gizlənməyə yer verir. Kinq isə qadının avtomobilindən belə istifadə edərək onun evində yaşayır.
Maraqlıdır ki, Xloya mühafizəçi həmkarlarına qaçan məhbusu gizlətdiyini deməyib. Amma bu hüquq-mühafizə orqanlarına məlum olanda Consla Kinq oğurlanmış avtomobillə qaçıblar.
Qadın polisin təqibindən sonra həbs edilib, lakin o, əvvəlcə cinayətdə ittiham olunmayıb. Həmçinin tutulan Kinq cəzasına əlavə 36 aylıq cəza əlavə edilərək həbsxanaya qayıdıb.
Maraqlıdır ki, Xloya zaminə buraxılsa da, lakin 2018-ci ilin oktyabrında yenidən həbs olunur. Qadın ictimai qaydanı pozmaqda təqsirli bilinərək, 15 ay həbs cəzasına məhkum edilib.
Nazlı Almuradova