Paris bir günlüyünə nəfəs alıb

19 Sentyabr 2022 20:27 (UTC+04:00)

Fransanın paytaxtı Paris 8-ci dəfə keçirilən "Paris nəfəs alır" tədbiri çərçivəsində gün ərzində nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

SİA xəbər verir ki, Paris Bələdiyyəsinin saytında yer alan məlumata görə, bu il 8-ci dəfə keçirilən “Paris nəfəs alır” tədbiri çərçivəsində şəhər yerli vaxtla saat 11:00-18:00 arasında avtomobillərin hərəkətinə bağlanıb.

Skuterlər, diyircəkli konki və skeytbordlu gənclər qaçış və gəzinti ilə avtomobilsiz küçələrdə əyləniblər.

Parisdə qadağaya əməl etməyən sürücülərin 135 avro məbləğində cərimələnəcəyi açıqlanıb.

İctimai nəqliyyat, taksi və təcili yardım avtomobillərinin sürücüləri bu tədbirdən kənar tutulub, lakin nəqliyyatda icazə verilən sürət həddi azaldılıb.