Peyvənd olunanların sayı AÇIQLANIB

19 Sentyabr 2022 17:02 (UTC+04:00)

Sentyabrın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 881 min 406, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 379 min 391, ikinci mərhələ üzrə 4 milyon 866 min 32, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 374 min 921, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 62-dir.