İdmançılar Avropa çempionatında 3 medal qazanıb - FOTOLAR

19 Sentyabr 2022 15:02 (UTC+04:00)

İspaniyanın Sevilya şəhərində “Arnold Classic Europe - 2022” festivalı çərçivəsində stronqmen üzrə Avropa çempionatı keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Stronqmen Federasiyasının idmançıları uğurla çıxış edərək çempionatı üç medalla başa vurublar. ​

İdmançımız Nicat Hüseynov (95 kq) maşındartma və ağır daşların qaldırılması yarışında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adına sahib olub. Çempionatda 110 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aydın Hümbətov maşındartma və ağır daşların qaldırılması, eləcə də çoxnövçülük yarışlarında gümüş medal qazanıb. ​