Sentyabr 14-16-da Makedoniyanın paytaxtı Skopyedə Avropa Voleybol Konfederasiyası (CEV) Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə FIVB miqyaslı CEV Məşqçilər Konvensiyası keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konvensiyada tanınmış voleybol mütəxəssisləri taylandlı Kiattipong Radçatagriengkai və amerikalı Con Kessel müxtəlif ölkələrdən qatılan iştirakçılara həm nəzəri, həm də praktiki təlimlər keçiblər. 160-dan çox məşqçi-müəllimlərin iştirak etdiyi konvensiyada ölkəmizdən 4 məşqçi - Yana Kuznetsova, Vadim Kutukov, Vladimir Larkin və Vüsal Qurbanov qatılıblar.
3 gün davam edən konvensiyada əsasasən orta məktəb müəllimləri iştirak ediblər ki, onların əksəriyyəti də aşağı yaş qruplarında məşq keçən mütəxəssislər olublar.