"Rusiya dünyanı idarə etmək iddiasında deyil !" -PESKOV

19 Sentyabr 2022 13:27 (UTC+04:00)

RF Prezidentinin mətbuat katibi Dmitri Peskov təxribatçı hərəkətlərin mənbəyinin ABŞ olduğunu bildirib. SİA xəbər verir ki, Peskov Rusiya və Çinin fikirlərinin üst-üstə düşdüyünü deyib.
O qeyd edib ki, ABŞ-dan qaynaqlanan müxtəlif təxribatçı hərəkətlər, bu cür sabitliyi pozan davranış qəbuledilməzdir: "Digər ölkələrdən fərqli olaraq Rusiya və Çin dünyanı idarə etmək iddiasında deyillər. Rusiya və Çin ikitərəfli münasibətlərini həyata keçirərkən, heç bir şəkildə bütün dünyaya hakim olmaq iddiasında deyillər”.