Rusiyanın xalq artisti, “Şerlok Holms və Doktor Vatsonun Macəraları” silsilə filmlərinin rejissoru İqor Maslennikov 91 yaşında vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlunata görə, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Maslennikovun çəkdiyi ən məşhur filmləri arasında “Yarışçılar”, “Yaroslavna, Fransa kraliçası”, “Qış albalısı” kimi filmləri misal göstərmək olar.