Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü vəfat edib

17 Sentyabr 2022 09:55 (UTC+04:00)

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib. SİA-nın məlumatına görə, o, ötən gün 69 yaşında dünyasını dəyişib.

M.Əhmədova uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

O, əvvəllər Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi, eləcə də şəhərin baş memarı vəzifəsində çalışıb. M.Əhmədova həmçinin Lənkəranın girişində yerləşən “Samovar” abidəsinin müəllifi olub.