Dünyaca məşhur aktyor Coni Deppin keçmiş xanımı Ember Hördlə məhkəmə prosesi film olur. SİA xarici mətbuata istinadən xəbər verir ki, Deppin qalibiyyətindən və bu müddətdə baş verənlərdən bəhs edən ekran işi “Tubi” platformasında yayımlanacaq.
“Hot Take: The Depp/ Heard Trial” adlı layihədə aktyoru Mark Hapka, Emberi isə Meqan Devis canlandıracaq.