"Bəzi “jurnalist”lər, “blogger”lər, “iqtisadçı”lar, “siyasətçi”lər hansı məqsədə qulluq etdikləri, kim üçün işlədikləri, kimə xidmət etdikləri naməlumdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, bu cür şəxslərin damarında Azərbaycan qanı olduğuna şübhələnirəm: "Çünki Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı və Qənimət Zahidov kimi şəxslər Azərbaycanın milli maraqlarına qarşı çıxış edirlər. Onlar başa düşə bilmirlər ki, Azərbaycanın beynəlxalq siyasəti və uğurları Azərbaycan xalqının mənafeyidir. Bu kateqoriyadan olan insanlar antiAzərbaycan qüvvələrdir. Əfsuslar olsun ki, bizim millətin arasında bu kateqoriyadan insanlar var və bu insanlar çirkin fikirlərlə cəmiyyəti manipulyasiya etməyə çalışırlar. Əli Kərimli, Altay Göyüşov və digərləri Azərbaycanın uğurlu siyasətini və maraqlarını şübhə altına salırlar. Radikal müxalifətdən olanlar papaqlarını qarşısına qoyub düşünməlidir ki, biz kimin tərəfindəyik? İnsanlar artıq çox yaxşı bilir ki, çirkin və milli ruha zidd olan fikirlər xalqdan uzaq olan fikirlərdir. Bizə bu gün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir".
Arzu Qurbanlı