Tələbə kreditini kimlər əldə edə bilər?

16 Sentyabr 2022 11:17 (UTC+04:00)

2021-2022-ci tədris ili ərzində 6544 tələbəyə kredit verilib. Kreditlərin 2379-u sosial, 4165-i standart yönümlüdür. SİA xəbər verir ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.

Bəs sosial tələbə kreditindən istifadə etmək üçün hüququ olan şəxslər kimlərdir?

ümumi dövlət sosial yardımı alan ailələrin üzvləri

3-cü dərəcə əlilliyi olanlar

hər iki valideyni ( tək valideyni olduqda ) 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar

yaşa görə əmək pensiyası alanlar

yaşa görə sosial müavinət alanlar

Bəs standart tələbə kreditindən istifadə etmək hüququ olan şəxslər kimlərdir?

ümumi orta müvəffəqiyyət göstəriciləri 71 baldan yuxarı olanlar

təhsil haqqı xərcinin 20 faizini özü tərəfindən ödəyənlər

sosial tələbə krediti almaq hüququ olmayanlar