Meymunçiçəyinə ilk yoluxma aşkar edilib - UKRAYNADA

15 Sentyabr 2022 23:15 (UTC+04:00)

Ukraynada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib. SİA-nın UNİAN-a istinadla xəbərinə görə, xəstəlik PZR testi sayəsində müəyyən edilib.

Pasient xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır. O, anamnezində bildirib ki, ölkə xaricində olmayıb. Həkimlər onun Ukraynanın böyük şəhərlərindən birində yoluxduğu qənaətinə gəliblər.