Ölkəmizdə “Bilik günü” cənab Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Beləliklə, ənənəvi olaraq hər il “Bilik günü” sentyabrın 15-də qeyd olunur. Bununla əlaqədar olaraq SİA paytaxda fəaliyyət göstərən təhsil ocaqlarında olub və yeni dərs ilini necə qarşıladıqları barədə şagird, müəllim və valideynlərin təəssüratlarını öyrənib.
İlkin olaraq getdiyimiz məktəb paytaxtın mərkəzində yerləşən 6 saylı məktəb oldu. Məktəbın qarşısında izdihamı yaşanırdı. Hər kəs sanki bu günü gözləyirmiş kimi sevincli idi. Yuxarı sinif şagirdləri dərslərin başlamasına sevinirdilər, 1-ci sinfə gedənlər isə ətrafı təəccüblə seyr edərək bir az da həyəcan keçirirdilər. Bəlkə də onlar hələ uşaqlığın dadını çıxarmamış parta arxasında oturmaq istəmirdilər.
Məktəbin həyətində şəkil çəkdirən şagirdlər, ağlayan birincilər, övladının 1-ci sinifə qədəm qoymasına sevinən valdeyinlər, öz nəvəsinə dualar edən nənələr də var. Bütün vəziyyətlə tanış olduqdan sonra 6 nömrəli məktəbin direktoru Gülşən Orucovaya yaxınlaşdıq.
"Əməkdar müəllim" adına layiq görülmüş Gülşən müəllimə təhsil sistemində çalışan hər bir şəxs üçün 15 sentyabrın əlamətdar bir gün olduğunu bildirdi: “Bu mavi səma və möhtəşəm gün üçün bizə şərait yaradan Ali Baş Komandanımıza və igid əsgərlərimizə minnətdarıq. Həmçinin bu günkü gündə balalarımzıın rahat şəkildə təhsil alması üçün canından, qanından keçən şəhidlərimizin qarşısında baş əyirik. Biz hər şey üçün onlara borcluyuq. Allah bütün əsgərlərimizi qorusun. Xalqımız daima rifah halında yaşasın. Bu il bizim məktəbimizdə 240 nəfər 1-ci sinifə başlayır. 179 nəfər şagirdimiz məktəbimzidən məzun olub. Dərslərimiz əvvəlki, qayda da davam edir. Lakin bir yenilik ondan ibarətdir ki, ilk dəfə olaraq məktəbimizdə günorta növbəsi də olacaq. Əsasən günorta növbəsidnə 5-ci sinifdə təhsil alan şagirdlərimiz oxuyacaq”.
Daha sonra Üzeyir Hacıbəyli küçəsində yerləşən 7 nömrəli məktəbə yollandıq. Təbii ki, bu məktəbin qarşısı da öz övladını məktəbə qoyan valıdeyinlərlə dolu idi. Hər kəs öz övladını yeni tədris ilinə başlaması münasibəti ilə öpüb-qucaqlayır, məktəbə yola salırdı və bundan sevinirdi.
Təbii ki, bu, şagirdlər üçün də belə idi. Onlar da yeni biliklər öyrənmək üçün səbirsizlənirdilər. Burada da ümumi vəziyyətlə tanış olub, 7 nömrəli məktəbin direktoru Könül Təhməzovanın “Bilik günü” ilə bağlı fikirlərini öyrəndik.
Könül xanım yeni tədris ili münasibətilə təhsil işçilərini, şagirdləri və valdeyinləri təbrik edərək, 2022/2023-cü illərin hər kəs üçün uğurlu keçməsini arzuladı: “Bu gün biz digər illərdən fərqli şəkildə 15 sentyabrı qarşıladıq. Mən bütün şəhidlərimizə allahdan rəhmət diləyirəm. Biz onları bu gün bir dəqiqəlik sükutla yad etdik. Allah bütün əsgərlərimizi qorusun. Ölkə üzrə çətin dönəmlərdən keçirik. Bütün şagirdlərimiz bu günün digər illərdən fərqli keçirtməyimizində səbəbini açıqladıq. Bizim bu il 99 şagirdimiz 1-ci sinifə qədəm qoyur. Onların hər biri ilkin qədəmlərinin sevincini yaşayırlar. Məktəbimizdə təhsil alan 2022-ci ilin məzunları var idi ki, onların hər biri yüksək nəticələrə ali məktəblərə qəbul oldular. Onların içərisində Ayan Dəmirli ən yüksək bal toplamışdır. Ümid edirəm ki, bizim nəticələrimiz bu ildə yüksək olacaq. Biz hər zaman öz məzunlarımızla fəxr edirik. Məktəbimizin məzunları var ki, onlar hal-hazırda əsgərdilər və cəbhədə vətənimizi qoruyurlar. Biz onlarla qürur duyuruq. Məktəbimizin tədris ilində əsas prioritet istiqamətlərimizdən biri məhz gənclərimizi sabaha hazırlayaraq, yararlı gənclik yetişdirməkdir. Hər birimizi şagirdlərimizə təhsil verərək, onları vətənpərvər bir ruhda hərtərəfli yetişdirməliyik. 7 nömrəli məktəb bu ildə Təhsildə inkişaf və innovasiyalar üzrə “Qrant” lahiyənin qalibi oldu. Biz artıq 2-ci ildir ki, bu lahiyədə mükafat əldə edirik. Bu da bizim şagirdlərimizin naliyyətlərinə təsir göstərir. Bir daha bütün şagirdlərimi “Bilik günü” münasibəti ilə təbrik edirəm. Onlara sağlam ömür və bol uğur arzu edirəm. Mən hər dəfə məktəbə daxil olarkən elə bilirəm ki, burada olan 1043 şagirdin hər biri mənim doğma balamdır. Məhz bu səbəbdən mən uşaqlara qarşı çox həssasam olduğu üçün onlara qarşı ayrı bir sevgim var”.
Bəs gəlin görək şagirdlər və valdeyinlər "Bilik günü" ilə bağlı nələr düşünürlər? Bu suala cavab tapmaq üçün SİA olaraq onlara yaxınlaşdıq.
Şəhər sakini Hüseyn Qurbanov: “Bu bizim üçün ağır günlərdən biridir. Çünki bizim təhlükəsiz şəkildə yaşamağımız üçün canından və qanından keçən oğullarımız şəhid olub. Ona görə də “Bilik günü”-nü qeyd etmirik. Vətənimiz uğrundan canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyirəm. Allah bütün əsgərlərimizi qorusun. Mənim üç nəvəm var. Hazırda iksini məktəbdən evə aparıram, evə gedib digər nəvəmi də dərsə aparacam. Bütün şagirdlərə və tələbələrə zehin açıqlığı arzu edirəm. Hər birinin uğurları bol-bol olsun. Nəvəmə arzum odur ki, gələcəkdə vətənimiz üçün yararlı bir övlad olsun”.
Məktəbli Elşad Yusibov: “Mən məktəb başladığı üçün çox sevinirəm. Bu gün çox sevdiyim müəllimələrimi və məktəb yoldaşlarımı gördüm. İlk dərs olduğu üçün ancaq Azərbaycan dili və Riyyaziyyat fənnlərindən dərslər keçdik. Böyüyəndə polis olmaq istəyirəm. Buna görə də dərslərimi çox yaxşı oxuyuram ki, arzuma nail olum”.
Şəhər sakini Gülanə Qafarova: “Bu gün şəhidlərimizin üçü günüdür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Mənim oğlum bu il 4-cü sinifə gedir. Onun ən böyük arzusu biznesmen olmaqdır. Bunun üçün də gündəlik olaraq dərslərinə yaxşı hazırlaşır. 7 nömrəli məktəbdə tədris prosesi yüksək səviyyədədir. Buna görə də məktəbimizdən çox razıyıq. Hər bir məktəblini yeni tədris ili münasibəti ilə təbrik edirəm”.
Məktəbli Zaur İbrahimli: “Bu gün bizim ilk dərs günümüzdür. Məktəbdə bu gün müəlliməmiz bizə Qarabağ mövzusunda dərs keçdi. Həmçinin bizə dərslə bağlı kitablarda verdilər. Məktəb başladığı üçün çox sevinirəm. Dostlarımla görüşdüm bu gün, onları çox isdiyirəm. ən böyük arzum əsgər olmaqdır”.
Məktəbli Rəhman Salahov: “Mən bir neçə gündür ki, məktəblər açılacaq deyə çox həyəcan keçirdirdim. Çünki tədris ilimiz başladığına görə dərslərimiz çox olacaq. Müəlliməm mənə yayda dərslə məşğul olmağım üçün tapşırıqlar vermişdi. Bu gün onları məndən təhvil aldı. Bütün qiymətlərimin hamısı 5-dir. Çalışacam ki, bundan sonra da qiymətlərim yüksək olsun”.