Müxalifət hakim fraksiya nümayəndələrini Ermənistan Milli Assambleyasına gəlməyə çağırıb. SİA bu barədə erməni mətbuatına istinadən xəbər verir ki, müxalifət deputatları Ermənistan parlamentinin binasına göndərilir. Etirazçılar isə parlamentin xidməti girişi tərəfində aksiya keçirir.
Etirazçılar və müxalifət hakim fraksiya nümayəndələrini Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq elan edilməsi prosesində iştirak etməyə çağırıb.
Qeyd edək ki, baş nazir Nikol Paşinyanın vəzifədən getməsi prosesinə başlamaq üçün parlamentarilərin üçdə birinin (36 nəfər) imzası tələb olunduğu halda, müxalifətin hər iki məclisində 35 deputat var. Vəzifədən çıxarılması üçün isə 54 deputatın səsi tələb olunur.
Sentyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bəyan edib ki, İrəvan müəyyən sənəd imzalamağı planlaşdırır. Bu sözlər isə vətəndaşlar arasında etiraza səbəb olub. Ermənistanın paytaxtında etiraz aksiyaları başlayıb. Bundan sonra hökumət başçısı canlı yayımda bəyanatlarla çıxış edib və sənədin Azərbaycanla imzalanması barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, belə bir sazişin layihəsi belə yoxdur.