Avtomobil yeniyetməni vuraraq xəsarət yetirib

15 Sentyabr 2022 08:25 (UTC+04:00)

Bakıda 14 yaşlı yeniyetmə oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb. SİA-nın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. “Qara Qarayev” metrostansiyasının yaxınlığında 2008-ci il təvəllüdlü Əlizadə Əli Məmmədəli oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.