UNESCO-nun ‘‘Yaradıcı şәhәrlәr şәbәkәsi’’nә daxil edilәn şәhәrlәr

14 Sentyabr 2022 20:46 (UTC+04:00)

Bu günkü proqramımızın mövzusu UNESCO-nun ‘‘Yaradıcı şәhәrlәr şәbәkәsi’’nә daxil edilәn Türkiyәdәn bәhs edәcәyik. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyәnin yeddi şәhәri UNESCO-nun ‘‘Yaradıcı şәhәrlәr şәbәkәsi’’nә daxil edilib. Bu şәhәrlәrdәn üçü ‘‘qastronomiya’’, ikisi ‘‘sәnәtkarlıq vә xalq sәnәtlәri’’, biri ‘‘dizayn’’, biri dә ‘‘musiqi’’ şәhәri kimi yaradıcı şәhәrlәr şәbәkәsinә daxildir.

Köklü tarixi, mədəni zənginliyi və təbii gözəllikləri ilə Türkiyə bir çox sahәdә UNESCO-nun (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı) siyahılarına daxil edilmişdir. Qeyd etmәliyik ki, Türkiyәnin yeddi şәhәri UNESCO-nun ‘‘Yaradıcı şәhәrlәr siyahısı’’na daxil edilib.

UNESCO-nun ‘‘Yaradıcı şәhәrlәr şәbәkәsi’’ 2004-cü ildә yaradılıb. Şәbәkәyә 116 şәhәr daxil edilib. ‘‘Yaradıcı şәhәrlәr şәbәkәsi’’nin mәqsәdi isә müxtәlif bölgәlәrdәn müxtəlif gəlir səviyyələri, imkanları və əhalisi olan şəhərləri bir araya gətirməkdir, hәmçinin şəhərlərin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməkdir. Bu şәbәkәyә daxil edilәn şәhәrlәr yerli yaradıcılıqlarını, təqdimat və cәlbedici cәhәtlәrini artıraraq UNESCO-nun mədəni müxtəlifliyini dəstəkləmək üçün sәylәr göstәrirlәr.

Şәhәrlәr ‘‘Yaradıcı şәhәrlәr şәbәkәsi’’nә ‘‘sәnәt’’, ‘‘dizayn’’, ‘‘kino’’, ‘‘әdәbiyyat’’, ‘‘musiqi’’ vә ‘‘qastronomiya’’ şәhәri kimi daxil edilir.

Hazırda Türkiyәnin yeddi şәhәri bu şәbәkәyә daxildir. Siyahının ilk pillәsindә Qaziantep şәhәri qәrarlaşıb. Qaziantep UNESCO-nun ‘‘yaradıcı şәhәrlәr şәbәkәsi’’nә daxil edilәn Türkiyәnin ilk şәhәridir. Qaziantep 2015-ci ildә şәbәkәyә ‘‘qastronomiya’’ şәhәri olaraq daxil edilib.

Bәnzәrsiz tәamları ilә mәşhur olan Hatay şәhәri isә şәbәkәyә 2017-ci ildә daxil edilib. Türkiyәnin Kütahya şәhәri dә UNESCO-nun ‘‘yaradıcı şәhәrlәr şәbәkәsi’’nә daxil edilәn şәhәrlәrdәndir. Kütahya da sәbәkәyә 2017-ci ildә daxil edilәn şәhәrlәrdәn biridir.

Minlәrlә illik tarixi ilә diqqәtlәri cәlb edәn vә Türkiyәnin mәdәniyyәtlәr beşiyi olaraq bilinәn İstanbul şәhәri dә 2017-ci ilә şәbәkәyә salınıb. İstanbul şәbәkәyә ‘‘dizayn’’ şәhәri olaraq daxil edilib.

Türkiyәnin Kırşehir şәhәri dә UNESCO-nun ‘‘Yaradıcı şәhәrlәr şәbәkәsi’’nә daxil edilәn şәhәrlәrdәndir. Kırşehir ‘‘musiqi’’ tematikası ilә şәbәkәdә yer almaqdadır.

Afyonkarahisar UNESCO-nun ‘‘Yaradıcı şәhәrlәr şәbәkәsinә’’ ‘‘qastronomiya’’ şәhәri kimi daxil edilәn Türkiyәnin üç şәhәrindәn biridir. Mәlumata görә, şәhәr şәbәkәyә 2019-cu ildә daxil edilib.

UNESCO-nun ‘‘Yaradıcı şәhәrlәr şәbәkәsinә’’ son olaraq daxil edilәn şәhәr isә Bursadır.

Yeri gәlmişkәn qeyd etmәliyik ki, şәhәr 2014-cü ildә UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdi.Әl sәnәti ilә mәşhur olan şәhәr Türkiyәnin UNESCO-nun ‘‘Yaradıcı şәhәrlәr şәbәkәsinә’’ daxil edilәn son şәhәridir.