Azərbaycan ilə Ermənistan arasında Çin səddi çəkilməlidir KÖŞƏ

14 Sentyabr 2022 15:32 (UTC+04:00)

İndi ki, torpaqsız, yersiz-yurdsuz erməni adlı ünsürə vaxtilə yazığımız gəlib, ürəyimiz yanıb, gətirib onu süfrəmizin kənarında əyləşdirmişik, çörək verib qarnını doyuzdurmuşuq, paltar verib eybini örtmüşük, onlar da dirçəlib bizimlə torpaq iddiasında olublar, deməli, günah özümüzdədir. Sonra da görüblər ki, bunlar xəyanətdə, satqınlıqda istifadə vasitəsi kimi ələkeçməz ünsürlərdir, havadarları yaranıb və həmin havadarlar bizdən torpaq qoparıb verib onlara, bunları “torpaqlı” edib.

Nəticə belə olub ki, bu qonşuluqdan kənar olmuş ermənini özümüz özümüzə qonşu etmişik. Elə bu zaman qara alın yazımız yazılıb. O mənada ki, bütün dünyanı qarış-qarış gəzən, lakin yaxına buraxılmayan erməni axırda gəlib bizim burnumuzun dibində binə olub. İndi baxın, bu dünyanı gəzənlərə heç kim qapısını açmayıb, çünki onlar ağıllı, ürəyidaş davranıblar, bu ünsürləri yaxına buraxmayıblar. Biz isə ürəyimizin kövrəkliyinin bəlasını hələ də çəkməkdəyik.

Budur əsrlərdir ki, əl çəkmirlər bizdən. İlahi, yaratdığın nə qədər acgöz, tamahkar olarmış? Görəsən bu ünsürlər yarananda İlahi-pərvərdigarın qanı nə üçün bu qədər qara olub ki, onları belə murdar yaradıb?

Nə istəyirlər bunlar bizdən? Nə üçün çəkilib oturmurlar dəni ellərdən, suyu gözəllərdən olan “torpaqlarında”? Belə də dərdmi olar? 1906-1907-dən, 1918-1920-dən danışaq, 1948-1953-dən, 1988-1993-dən danışaq? Hansının soyqırımlarından, dünyada bənzəri olmayan faciələrindən, erməni tamahkarlığından, xislətindən, murdarlığından, bədnamlığından söhbət açaq?

Yoxsa, 2020-ci ildə yeni torpaq iddiasında olmalarından söhbət açaq? 30 ildə minaladıqları torpaqlarımızdanmı, daşı daş üstündə qoymadıqları rayon, şəhər, kəndlərimizdənmi, məscidlərimizə bədnam münasibətlərindənmi, yoxsa qəbiristanlıqlarımıza, təbii sərvətlərimizə yanaşmalarındanmı danışaq?

Bunlar dövlətimizin başçısının da dediyi kimi, vəhşi qəbilədirlər. Bunların dünyada başına bizim kimi od yağdıranlar tarixən çox olub, lakin xislətlərini dəyişən olan bilməz. Elə başlarının yarası sağalan kimi ayağa qalxıb həmin ünsürlər olacaqlar.

Elə bütün bu səbəblərdən də qonşuluqdan kənar olmuşları, sözün həqiqi mənasında, özümüzdən kənar etməliyik. Biryolluq. Bütün xalq bu münaqişələr başa çatan kimi Azərbaycanla Ermənistan arasında Çin səddi çəkməyə cəhd etməlidir. Hərə bir daş qoysa, bunu edə biləcəyik. Bunu etməliyik, ermənin üzünü əbədi görməmək üçün etməliyik. Bunun üçün tarix də, zaman da bizi alqışlayar, gələcək nəsillər isə ruhumuzu hər zaman minnətdarlıqla anar.

Mətanət MƏMMƏDOVA