Suriyada separatçı terror təşkilatı YPG/PKK-nın işğal etdiyi yaşayış məntəqələrində və rejim qüvvələrinin nəzarətində olan bölgələrdə onlarla adamın vəba xəstəliyinə yoluxduğu bildirilir.
SİA xəbər verir ki, yerli mənbələrin yaydığı məlumata əsasən, həmin bölgələrdə vəbadan üç nəfər dünyasını dəyişib.
Xəstəliyin ölkənin şimal-şərqindəki Deyrizor və Rakka əyalətlərində qeydə alındığı bildirilib.
Məlumatda həmçinin Hələbdə azı 15 nəfərin xəstəliyə yoluxduğu qeyd olunub.