Ötən ay 52 aptekdə yoxlama keçirilib

13 Sentyabr 2022 16:42 (UTC+04:00)

Ötən ay apteklərdə aparılan planlı yoxlamaların nəticələri açıqlanıb.

Analitik Ekspertiza Mərkəzindən SİA-ya verilən xəbərə görə, 1-31 avqustu əhatə edən yoxlamalarda 52 aptek monitorinq olunub.

Nəticədə 6 adda, 19 qutu dərman vasitəsi müsadirə edilib. İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3 maddələrinə əsasən 8 protokol tərtib edilib.