AHİK sədrinin yaxın qohumu şəhid olub

13 Sentyabr 2022 12:44 (UTC+04:00)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin yaxın qohumu şəhidlik zirvəsinə ucalıb. SİA xəbər verir ki, Fərid Mehbalıyev sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatın qarşısı alınarkən şəhid olub.

Qeyd edək ki, Fərid Mehbalıyev Dövlət Sərhəd Xidmətinin zabiti idi.
Allah rəhmət eləsin.