"Son illər ölkəmizdə məktəblərin təmiri, eyni zamanda, yeni məktəblərin tikintisi, ümumiyyətlə, təhsil sektoruna ayrılan diqqət göz önündədir. Dövlət başçısı tərəfindən səsləndirilən təhsilin əlçatanlığının təmin olunması adlı bir fikir var. Bu istiqamətdə də işlər aparılır". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, bu illəri artıq bir neçə məktəbin təmir-tikintisi aparılıb: "Eyni zamanda, yeni məktəblər tikilib. Lakin bizim elə ərazilərimiz var ki, o istiqamətdə məktəb tikintisinə ehtiyac var. Buna Abşeron rayonunda, yəni Bakıətrafı ərazilərdə olan məktəbləri misal göstərmək olar. Burada əhali məktəb üçün xeyli uzaq məsafə qət edir. Düşünürəm ki, bu istiqamədə Elm və Təhsil Nazirliyi tərəfindən yaxın zamanda işlər aparılacaq".
Elçin Əfəndi sözlərinə belə davam edib: "Hazırda 4440-dan çox orta ümumtəhsil müəssisəsi var. Bura həm dövlət, həm də özəl müəssisələr aiddir. Nəzərə alsaq ki, bunların da bir çoxunun təmir və bərpaya ehtiyacı var.
Son olaraq qeyd edim ki, hər il Azərbaycan Respublikası tərəfindən bu işlərə büdcə ayrılır".
Ayşən Vəli