Karateçimiz Ülvi Məmmədov dünya çempionu oldu - FOTO

13 Sentyabr 2022 10:24 (UTC+04:00)

9-11 sentyabr 2022-ci il tarixlərində Çexiya Respublikasının, Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatı dünya çempionatı keçirilib.

Dünya çempionatında milli komandamızın üzvləri də iştirak ediblər. Böyüklərdən ibarət seçməmizin üzvləri mundialda müxtəlif kateqoriyalar üzrə medallar qazanıblar.

Böyüklər arasında idmançımız Ülvi Məmmədov da var. Ağırlığı 84 kq-dan yuxarı olan idmançılarla gərgin mübarizə aparan təmsilçimiz keçirdiyi 4 döyüşün 4-ü də qələbə ilə başa vurub.

Məmmədov fəxri kürsünün 1-ci pilləsinə qalxaraq, dünya çempionu tituluna sahib olub və Azərbaycanın üçrəngli bayrağını dünya çempionatında qaldıraraq, dövlət himnimizin səsləndirilməsi şərəfinə nail olub.