Qərbin və Rusiyanın oyuncağı POLİTOLOQDAN ŞƏRH

12 Sentyabr 2022 17:30 (UTC+04:00)

"Bu son danışıqlar prosesi yəni, Brüsseldə keçirilən dördüncü görüş və ondan sonra Ermənistan tərəfindən verilən açıqlamaların hamısı bir-biri ilə ziddiyyətlidir". Bunu SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Brüsseldə müəyyən razılıqlar əldə olunsa da, daha sonra Ermənistan tərəfi verdiyi açıqlamaların əksinə addımlar atmağa başlayır:" Bu isə o deməkdir ki, Ermənistan tərəfi danışıqlar prosesində qeyri- konstruktiv mövqe sərgiləyir. Belə olduğu halda, danışıqların davam etdirilməsi çətindir. Digər tərəfdən, təxribatlar ən üst səviyyə qalxıb. Bu təxribatlar yanlız siyasi arenada görünmir. Sərhəddə də özünü büruzə verir. Siyasi arenada verilən açıqlamalar təxribatların tərkib hissəsidir. Digər tərəfdən, bu təxribatlar mənasız yerə baş vermir. Məlum məsələdir ki, Ermənistanın xaricdən daha çox asılı olması hər zaman bir -birini təkzib edən açıqlamalar verməsinə imkan yaradır. Yəni, həm Qərbin, həm də Rusiyanın əlində oyuncağa çevrilmiş bir ölkənin bu cür bəyanatlar verməsi təsadüfi deyil. Çünki belə açıqlamalar verməklə guya hər bir tərəfin maraqlarını təmin etməyə çalışırlar. Əslində öz dövlət maraqlarını belə təhdid altına qoyurlar. Azərbaycan isə hər zaman bildirib ki, bu kimi təxribatlara icazə verməyəcəklər. Qarabağ mövzusu müzakirə predmeti deyil. Azərbaycanın humanist yanaşmasından sonra Ermənistanın bu cür təxribatlar törətməsi ölkə daxilində baş verən proseslərdən və Qarabağ klanından, xarici qüvvələrdən asılıdır".