"Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təxribatlar 30 ildir ki, davam edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərə görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara təəccüblə yanaşan yoxdur: "Bəllidir ki, hər zamankı kimi təxribatların arxasında danışıqlar prosesinə xələl gətirmək dayanır. Bu təxribatlar nəticəsində lazım olan məqsədlərimizi həyata keçiririk. Ermənistan isə öz təxribatlarının qurbanı olur. Danışıqlar prosesində verilən sözlərə əməl etməmək və ya xələl gətirmək, bu, yalnız Azərbaycana deyil, eyni zamanda, dialoqlarda iştirak edən digər beynəlxalq qurumlara da siqnaldır. Onlar da bu barədə qərar qəbul etməlidirlər. Əlbəttə ki, Avropa İttifaqının prezidenti ilə birlikdə mühüm qərarlar qəbul edildi. Bu əldə edilmiş qərarlar mütləq şəkildə icra olunmalıdır".
Qönçə Quliyeva