Fransada porsuq ovuna qadağa tələb olunur

11 Sentyabr 2022 19:57 (UTC+04:00)

Fransa vətəndaşları porsuqların vəhşicəsinə ovlanmasına qadağa qoyulmasını tələb edirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “La Depeche” qəzeti yazır və əlavə edir ki, Fransa Senatının saytında yerləşdirilən petisiya 100 mindən çox səs toplayıb və qanunvericilik təşəbbüsü ola bilər.

Parlamentin sentyabrın 21-nə planlaşdırılan növbəti iclasında porsuq ovu mövzusunun müzakirə olunacağı gözlənilir.

Müraciət müəllifləri mübarizəni sonadək davam etdirmək niyyətindədirlər. “Bu, heyvanların hissiyyatlı varlıq kimi tanınması ilə bir araya sığmayan şiddətli, ayrı-seçkilikdən kənar bir ov təcrübəsidir” deyə vurğulayaraq, Fransada ən uyğun olmayan yerlərdə çuxur qazan porsuqların təhlükəli heyvan sayılmadığını xatırladırlar.

Əli Babayev