“Bu gün ölkə Prezidenti İlham Əliyevin bütün sahələrə diqqət və qayğısı göz önündədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bir ölkənin sarsılmaz dayağı olan təhsilə böyük əhəmiyyət verilir: “Bu sahədə çox böyük işlər görülür və əminik ki, bu proses davam edəcək. Azərbaycan təhsilinin inkişafının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti və proqramları əvəzsizdir. Bu layihələrin hər birinin arxasında bizim gələcəyimiz dayanır. Həsən bəy Zərdabi deyirdi ki, maarifdən uzaq olan hər bir insan işıqdan və ziyadan da uzaqdır.
Müəllimlərin biliklərinin təkmilləşdirilməsi, şagirdlərin daha yaxşı şəraitdə təhsil alması vacib şərtlərdən biridir. Bu gün elmə və təhsilə dövlətin diqqət və qayğısı gələcəyimizin təməlinin qoyulduğu amillərdən biridir. Bu günlərdə dövlət başçısının iştirakı ilə orta məktəbin yenidən qapısını şagirlərin üzünə açması bir daha dövlətin təhsilə, uşaqlarımızın gələcəyinə göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir”.
Arzu Qurbanlı