“Barselona” yarımmüdafiəçisi Qavi ilə müqaviləni uzatmağa hazırlaşır.
SİA-nın əldə etdiyi məlumata görə, xəbəri “Mundo Deportivo” tirajlayıb.
Xəbərdə deyilir ki,
tərəflər 2026-cı ilin yayına qədər yeni müqavilə bağlamağa yaxındırlar. Qeyd edək ki, 18 yaşlı istedadın “Barselona” ilə hazırkı müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır.
Bu arada nüfuzlu “Transfermarkt” portalı ispaniyalı futbolçunu 60 milyon avro qiymətləndirib.
Xatırladaq ki, İspaniyanın bu çempionatında Qavi “Barselona”nın heyətində dörd oyun keçirib.
Əli Babayev