
Bütün sahələri əhatə edən inkişaf proqramları daim diqqət mərkəzindədir və xüsusilə də elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına xüsusi diqqət ayrılıb. Çünki inkişaf proqramları, xüsusilə də təhsil proqramları ölkənin güclənməsi baxımından ən vacib faktorlardandır. Təsadüfi deyil ki, hər bir ölkənin inkişafı onun elm, təhsil və mədəniyyətinin səviyyəsi ilə ölçülür və məhz buna görə də Azərbaycanda bu istiqamətdə mühüm işlərin görülür, amma buna baxmayaraq, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına hər zaman ciddi ehtiyac var, çünki ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən məhz bu proqramlardır.
Hər bir ölkənin inkişafının onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlı olduğu ilk növbədə nəzərə alınmalıdır. Doğrudur, Azərbaycanda bu istiqamətdə, yəni təhsilin və elminin inkişafı ilə bağlı işlər görülür, amma bu işlər yenə də davam etdirilməlidir ki, geriləmə olmasın. Çünki, dünyada bu sahədə hər zaman yeniliklərə imza atılır, uğurlar qazanılır və bu baxımdan ölkədə bu proseslərin daha sürətləndirilməsinə ehtiyac duyulur. Beləki, daha geniş işlər görməyə, daha ciddi addımlar atmağa imkanımız və münbit şəraitimiz hər zaman olmalıdır. Məhz bu baxımdan da cəsarətlə söyləyə bilərik ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi bütün zamanlarda öz aktuallığını qorumaqdadır.
Azərbaycan tarixən elmi, təhsili və mədəniyyəti ilə seçilən və dünyaya nümunə göstərilən ölkə hesab olunub. Xalqımızın dünya elminə, mədəniyyətinə görkəmli elm və mədəniyyət xadimləri də, elm-mədəniyyət nümunələri də, ixtiralar da bəxş etdiyi təkzib edilə bilməz. Azərbaycanlı alim Yusif Məmmədəliyevin “yüksən oktanlı benzin” adlı kəşfi İkinci Dünya Müharibəsinin taleyini həll edən bir kəşf hesab olunduğu kimi, Lütfi Zadənin XXI əsrdə dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi də yaddaşlardan silinən deyil. Belə nümunələr yetərincədir və həqiqətən də Azərbaycanlı alimlərin, elm xadlmlərinin bəşəriyyətə bəxş etdiyi çoxlu sayda ixtiralar mövcuddur ki, bunun faydası insan cəmiyyəti üçündür. Əgər bu ənənələr davam etməzsə, deməli ölkəmizdə həyata keçirlən elmi-kütləvi, mədəni-maarif proqramlarının inkişafı ölkəmizin mövcud potensialı ilə adekvat sayıla bilməz.
Əgər, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün belə formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayırsa deməli bu istiqamətdə diqqət daha da artırılmalıdır. Həmin proqramlar cəmiyyətin həyatında mühüm rol oynadığı halda, onların inkişaf etdirilməsinin, icrasının nə qədər vacib məsələ olduğu ortaya çıxır. Bu baxımdan da həmin proqramların, eləcə də həmin proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsinin ləngiməsi heç cür qəbul edilən deyil.
Sözsüz ki, ölkəmizdə internet şəbəkəsinin mövcudluğu, sürətliliyi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün geniş spektrdə imkanlar deməkdir. Daha dəqiq desək, ölkəmizin mövcud imkanları bu proqramların daha geniş, daha əhatəli yayılması üçün əsaslı zəmin yaradır. Şübhə yoxdur ki, həmin proqramların daha da geniş şəkldə canlandırılmasında internet resurslarının rolu danılmazdır. Əlbəttə ki, elmin, mədəniyyətin təbliğinə televiziyalar da xüsusi yer ayırmalıdırlar və şou proqramlarım yerinə maarifçilik əhəmiyyətli kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar hazırlanmalı və əhaliyə təqdim olunmalıdır.
Azərbaycan 44 günlük müharibənin məntiqi nəticəsi olaraq Zəfər qazandı və ölkəmizin bu qələbəsindən sonra elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə iş aparılmalıdır. Əvvəla ona görə ki, Azərbaycanın qələbəsi, haqq işi, tarixi ədalətin bərpası uğrunda mübarizəsi və qələbəsi tərənnüm edilməlidir, nəsildən-nəsilə çatdırılmalıdır. Gələcək nəsillər tarixi həqiqətləri bilməlidirlər. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, müharibənin bitməsinə baxmayaraq informasiya müharibəsi hələ də bitməyib və davam edəcəyi də məlumdur. Bu baxımdan cımiyyətimizin daha da təkmilləşməsi gərəkir. Vətəndaşlarımızın dünya görüşünün artırılmasına, savadlanmasına xüsusi diqqət ayrılmalıdır. Bundan sonra da tarixi həqiqətlər barədə həm Azərbaycan cəmiyyətinə, həm də bütövlükdə dünya ictimaiyyətinə hərtərəfli informasiya çatdırılmalıdır. Sözsüz ki, bu mənada elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinin, yeri gəldikdə yenilərinin də hazırlanmasının əhəmiyyəti olduqca böyükdür.
Bilirik ki, Azərbaycanın 44 günlük müharibə dönəmində istifadə etdiyi hərbi əməliyyatlar, qazandığı uğurlar dünyanın bir sıra hərbi məktəblərində tədris edilir, öyrədilir. Bir sözlə, ölkəmizin keçirdiyi hərbi əməliyyatlar nümunə olaraq qəbul edilir. Eyni zamanda, tarixi ədalətin bərpası, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təminatı istiqamətində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, müdrikiyi, siyasi iradəsi və qətiyyəti bütün dünyanın diqqət mərkəzində olub və xüsusilə izlənilib. Dünyanın ən mötəbər, ən tanınmış, məşhur mətbuat səhifələrinin ölkə rəhbərimizdən müsahibələr alması deyilənləri təsidiq edir. Belə olan halda, tətbiq edilənlər də, qazanılan uğurlar da, ümumiyyətlə, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, tarixi ədalətin bərpası üçün Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər də artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalıdır. Təbii ki, tədris olunması üçün də proqramın hazırlanması gərəkir və lazım gəldikdə bununla əlaqədar mütəxəsis yanaşmasından, eləcə də rəyindən, ailmlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir.
Müəllif: İnam Hacıyev
6.3.16. “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.